Ötən gecə Rusiya ordusu Kiyevi yenidən raket atəşinə tutub. Hücum nəticəsində 10 nəfər yaralanıb.
Bu barədə şəhər meri Vitali Kliçko bildirib.
“Yaralıların sayı 10-a çatıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Qalanlarına həkimlər yerindəcə tibbi yardım göstəriblər. O cümlədən, paytaxtın Şevçenko rayonunda 6 nəfər xəsarət alıb. Dördü Svyatoşinskidədir”, – deyə o, teleqram kanalında məlumat verib.
Kliçko həmçinin bildirib ki, yaşayış binasındakı mənzilləri yanan sakinlər təxliyə olunub.