Kiyevə yardım ediləcək, Moskvaya isə əlavə sanksiya tətbiq olunacaq

0
409

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Bu barədə Yelisey sarayının rəsmi saytında məlumat verilib. 

Qeyd olunur ki, Fransa Prezidenti Kiyevdə öldürülən jurnalist Brent Renoya görə amerikalı həmkarına başsağlığı verib. Tərəflər Rusiyaya qarşı sanksiyaları genişləndirməyə qərar veriblər.

Fransa lideri daha sonra Ukrayna Prezidenti Volodmir Zelenski ilə telefonla danışıb. Dövlət başçısı bildirib ki, Versal sammitində Avropa ölkələri Kiyevə əlavə yardımla bağlı razılığa gəliblər.

Prezidentlər yaxın günlərdə yenidən telefon əlaqəsi yaratmağa qərar veriblər.