Kiyevə icazə verildi: Rusiyanı VURUN

0
63

Rusiya hərbçiləri cəbhəni genişləndirməyə çalışarsa, ABŞ Ukraynanın Rusiyaya hücumlarının əhatə dairəsini böyütməyə razı olacaq. 

Bu barədə ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.

Onun sözlərinə görə, rus qoşunları hazırda hücum imkanlarını itirir:

“Rusiyanın Ukraynaya hücum imkanlarında dramatik dəyişikliklərin şahidi oluruq”.

Ceyms O`Brayen ABŞ-ın prioritetinin Ukraynanı silahla təmin etmək və böyük ehtiyac olan ərazilərdə cəmləşdirmək olduğunu vurğulayıb.

“Birincisi, bu, Rusiyanın Xarkov yaxınlığında hücum etdiyi ərazidir. İndi isə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın ötən həftə dediyi kimi, Rusiya bu cəbhəni genişləndirməyə çalışarsa, Ukraynaya Rusiya ərazisindəki hədəfləri daha geniş məsafədən vurmağa icazə veriləcək”, – deyə O’Brayen əlavə edib.