Kiyevə bəd xəbər: Yardım azalacaq

0
250

Qərb ölkələrindən Ukraynaya maliyyə və hərbi yardımın həcmi 2024-cü ildə dəyişə bilər. Xüsusilə qeyri-hərbi sahələrə maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır.

Bu barədə politoloq Dmitri Juravlev məlumat verib .

“Yardımın həcmi azalacaq və qiymət baxımından dəyişəcək, çünki Qərb ölkələrinin xəzinəsi də qeyri-məhdud deyil. Bundan əlavə, patron və mərmilərlə bağlı problemin daha da pisləşməsi ehtimalı var. Fakt budur ki, onları istehsal etmək faydasızdır, qazanc vermir. Qərbin hərbi-sənaye kompleksi isə ilk növbədə, biznesdir. Ona görə də iqtisadiyyatın bütün gücünə baxmayaraq, artıq kifayət qədər sursat yoxdur və bu çatışmazlıq daha da artacaq”, – deyə Juravlev qeyd edib.

O, həmçinin qeyri-hərbi yardımların kəsilməsinə də münasibət bildirib. Politoloqun fikrincə, ukraynalı məmurların maaşları ABŞ tərəfindən ödənilir, lakin bundan imtina edilə bilər.

“Ukrayna dövlət aparatının saxlanması üçün pul Amerika xəzinəsindən köçürülür. Eyni şey sosial sahəyə də aiddir. Lakin yardımın həcmi, xüsusən də mülki xərc maddələri hesabına azalacaq”.