KİV nümayəndələri icazə ilə fəaliyyət göstərəcək – AÇIQLAMA + VİDEO

0
471

“Əvvəlki qərardan fərqli olaraq, bu dəfə KİV nümayəndələrinin fəaliyyəti də icazə ilə mümkün olacaq”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələrinin nümayəndələrinin fəaliyyətinə şərtlə icazə veriləcək:

“Həmin şəxslər vəsiqə ilə yanaşı, icaze.e-gov.az portalında qeydiyyatdan keçməlidirlər. Yalnız bundan sonra onların hərəkətinə icazə veriləcək”.