KİV: İrandakı etirazlarda həbs olunan qadınlar cinsi zorakılığa məruz qalır

0
164

İranda baş verən etirazlar zamanı həbs olunan qadınlar həbsxanalarda zorlanır.

Bu barədə CNN hadisə şahidlərinə istinadən məlumat yayıb.

Həbs olunan qadının sözlərinə görə, o polis məntəqəsində bir gün saxlanılıb və ona da qarşı cinsi zorakılıq əməli törədilib.

Həmçinin o da qeyd olunub ki, artıq 2 aydan çoxdur davam edən etiraz aksiyalarında ən azı 378 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb və 15 minə yaxın aksiya iştirakçısı həbs olunub.

O da əlavə olunub ki, aksiyaya qoşulan qadınların həbs olunması üçün videomateriallardan istifadə olunur və hətta aksiyalarda iştirak etməyərək sosial şəbəkə hesablarında etiraz edənlər də həbs edilir və işgəncələrə məruz qalır.

Xatırladaq ki, Məhsa Əmini adlı tələbə qızın polis bölməsində öldürülməsindən sonra bu ilin 16 sentyabr tarixindən İranda kütləvi etirazlar davam edir.