KİV əməkdaşı işə getmirsə, evi tərk etmək üçün icazə almalıdır? – VİDEO

0
370

“Kütləvi informasiya vasitələrinin nümayəndələri iş üçün evdən çıxarkən qeydiyyata düşməsinə ehtiyac yoxdur”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, KİV nümayəndələri rahat şəkildə hərəkət edə bilərlər:

“Lakin hər kəs bilməlidir ki, qeydiyyata alınmış şəxslər yalnız öz fəaliyyət sahələri çərçivəsində hərəkət edə bilər. KİV-in əməkdaşı aptek və marketə gedən zaman SMS göndərib, cavab aldıqdan sonra yaşadığı evi tərk etməlidirlər. Çünki bu hal karantin rejiminin pozulmasıdır”.

İlhamə Əbülfət