Kişilərin sağlamlığı haqqında heç yerdə oxumadığınız 10 FAKT

0
550
Kişilərin sağlamlığı haqqında heç yerdə oxumadığınız 10 FAKT
Lakin bu belə deyil. Müşahidələr göstərir ki, eyni xəstəliyə tutulan zaman qadınlar kişilərdən daha tez sağalır və bərpa olunur.

Kişilərin sağlamlığı ilə bağlı olan bilmədiyiniz 10 faktla tanış edirik.

1. Əksər ölkələrdə kişilər qadınlarla müqayisədə daha az yaşayır.

2. Kişilərin qanı daha qatıdır və bu səbəbdən onlarda tromblar daha tez-tez əmələ gəlir. Tromblar çox təhlükəlidir. Onlar qan axını ilə daha nazik damara düşə bilir ki, bu da bir çox ağır fəsadlara (infarkt, insult, trombemboliya və s.) səbəb ola bilir.

3. Kişilərdə ürək xəstəlikləri və infarkt daha tez-tez təsadüf edilir. Bunun səbəbi yuxarda qeyd etdiyimiz tromblarla yanaşı pis vərdişlərin (spirtli içkilərin qəbulu, siqaret çəkmək) kişilər arasında daha çox yayılmasıdır. ÜST-nın məlumatlarına görə, dünyada kişilərin 40%-i siqaret çəkir, qadınlarda bu rəqəm 9% təşkil edir.

4. Xroniki qastrit və xora xəstəliyi kiişilərdə qadınlarla müqayisədə 2 dəfə daha çox yayılıb. Nəzərə almaq lazımdır ki, xoranın uzun müddət ərzində mövcud olması xərçəngin riskini xeyli artırır.

5. Kişilər arasında intihar hallarına daha çox təsadüf edilir.

6. Ereksiya pozulmalarının 90%-ni uğurla müalicə etmək mümkündür. Həm də istənilən yaşda.

7. Qoz, lobya və qulançar potensiyanı (kişi gücü) artırır. Ətin çoxlu miqdarda istehlakı isə əksinə azaldır.

8. Kişilər arasında dağılmış skleroz kimi ağır və müalicəsi olmayan xəstəlik 3 dəfə daha çox yayılıb.

9. Kişilər arasında qadınlarla müqayisədə solaxaylar 2 dəfə daha çoxdur.

10. Kişilərin də süd vəziləri süd ifraz edə bilir. Lakin bu ciddi patologiyadır və bu simptomla qarşılaşanda kişi dərhal həkimə müraciət etməlidir.