Kişi nazir uşağına görə məzuniyyət götürəcək – Ölkə tarixində ilk

0
418

Kişi nazir uşağına görə məzuniyyət götürəcəkYaponiyanın Ətraf mühit naziri Koidzumi Sindziro ölkə tarixində ilk dəfə dünyaya gələcək övladına qulluq etmək üçün məzuniyyət götürmək niyyətindədir. Bubarədə “TASS” agentliyi “NHK” telekanalına istinadən xəbər verib.

Mənbə bildirir ki, nazir övladı dünyaya gəldikdən üç ay sonra ümumilikdə iki həftə məzuniyyət götürəcək. Məzuniyyət qısa iş günü və distant iş əsasında qurulacaq ki, onun nazir vəzifəsinə və parlamentin deputatı kimi fəaliyyətinə zərər vurmasın.

O, həmçinin əməkdaşları ilə elektron poçt və video zəng vasitəsilə əlaqə saxlayacaq.

Qeyd edək ki, K.Sindziro tanınmış yapon model və teleaparıcısı Takiqava Kristellə ailəlidir.