Kirill Budanov: “Ukrayna Krımı kombinə edilmiş şəkildə qaytaracaq”

0
178

“Ukrayna müvəqqəti işğal edilmiş Krımı kombinə edilmiş şəkildə – hərbi güc və diplomatiya yolu  ilə qaytaracaq”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

O, Qərb ölkələrində Krımın “qırmızı xətt” olması ilə bağlı səslənən çoxsaylı təşviş dolu fikirlərə də münasibət bildirib. Budanov qeyd edib ki, Ukrayna xalqının mövqeyini əks etdirməyən insanların fikirləri ona maraqlı deyil.

“Mən əks fikirdəyəm. Biz bütün itirilmiş əraziləri geri qaytaracağıq”, – deyə Kəşfiyyat İdarəsinin rəisi vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna 1991-ci il sərhədləri daxilində tanınan ölkədir. Bununla razılaşmayanlar isə İkinci Dünya müharibəsinin bitməsindən bəri mövcud olan dünya intizamı və BMT-nin əsasları ilə razılaşmamış hesab olunurlar.

“Krım kombinə edilmiş şəkildə – həm güc, həm də diplomatiya yolu ilə geri qaytarılacaq. Amma güc tətbiq edilmədən heç nə alınmayacaq. Hərbi bölmələrimiz oraya əllərində silahla daxil olacaqlar”, – deyə o fikrini yekunlaşdırıb.