Kimlərin koronavirusa təkrar yoluxma riski var?

0
363

“Koronavirusa təkrar yoluxma nadir hallarda müşahidə olunur, bununla belə ikinci dəfə yoluxan pasiyentlər kateqoriyası da var”.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Xalqlar Dostluğu Universitetinin İnfeksion Xəstəliklər kafedrasının dosenti Serqey Voznesenski bildirib.

Onun sözlərinə görə, bu əsasən immun çatışmazlığı olanlarda, vaksinasiya sxemi düzgün tətbiq olunmayanlarda və xroniki xəstəliyi olanlarda müşahidə edilir.

Qeyd edək ki, bundan əvvəl mütəxəssislər təkrar yoluxma üçün ən təhlükəli yaş dövrünün 65-dən yuxarı olduğunu bildirmişdilər. Bu onunla izah olunur ki, yaşlı insanlarda “immun qocalma” baş verir.