Kimlərə çuğundur yemək olmaz? – Tərkibində xlor var

0
275

Çuğundur olduqca faydalı tərəvəzdir, təzyiqi salır, qan dövranını yaxşılaşdırır, bağırsaqların işini tənzimləyir. Salatların, şorbaların, borşun əsas ərzağıdır.

Lakin çuğunduru müntəzəm və çox miqdarda yemək olmaz. Bəzi xroniki xəstələrə ümumiyyətlə bu zərərlidir.

Həkim toksikoloq Mixail Kutuşov hansı hallarda çuğundurdan uzaq durmaq barədə açıqlama verib.

“Çuğundurun yeganə çatışmayan cəhəti onun tərkibində xlor olmasıdır. Ona görə onu çox və xüsusən çiy yedikdə, selikli qişaları, boğazı qıcıqlandıra bilər.

Bu səbəbdən allergik reaksiya da ola bilər.

Nəticədə limfa düyünləri şişə bilər, səpkilər ola bilər

Çuğunduru mayonez və sarımsaqla birləşdirmək olmaz. Bu ürəyə ağır yükdür.

Kimlərə olmaz allergiyası olanlara, sidik kisəsi, böyrək daşı olanlara, mədəsində yanma, reflüks, qastrit, qıcıqlanmış bağırsaq sindromu, güclü köpməsi olanlara, böyrək çatışmazlığı olanlar, diabet xəstələri, ishal olanlar, aşağı təzyiqdən əziyyət çəkənlərə çuğundur çox hallarda təhlükəli ola bilər”.