Kimin bacısı Cənubi Koreyanı hədələdi

0
466

Şimali Koreya lideri Kim Çen İnnin bacısı Kim Yo-Yonq orduya Cənubi Koreyaya qarşı lazımi addımları atmaq və planlaşdırmaqla bağlı tapşırıq verib.

Kim Yo-Yonq Seul rəhbərliyini hərbi əməliyyatla hədələyib.

“Cənubi Koreya rəsmiləri ilə əlaqələrin kəsilməsinin vaxtıdır. Yaxın zamanda hərəkətə keçəcəyik. Seulun iki ölkə sərhədindəki faydasız əlaqə ofisinin dağılmasının şahidi olacağıq. Ordumuz Şimali Koreya xalqının qəzəbini sakitləşdirmək üçün hərəkətə keçəcək. Bunu mütləq edəcəklərinə inanıram”, – o deyib.

Qeyd edək ki, bir neçə gün öncə Şimali Koreya hökuməti Cənubi Koreya ilə bütün əlaqə xətlərini bağladığını açıqlayıb. Pxenyan bu addımı Cənub Koreyanın Şimali Koreya ərazisində təbliğat xarakterli kağızlar paylamasından sonra atıb.