İndonezyada kilsəyə silahlı hücum olub.
Cənubi Sulavesi əyalətinin paytaxtı Makassar şəhərindəki kilsə qarşısında bomba partladılıb.
Nəticədə 14 nəfər yaralanıb. Onlar arasında kilsə işçiləri də var.
Cənubi Sulavesi Polisinin İctimaiyyətlə əlaqələr üzrə rəsmisi E Zulpan hadisənin kamikadze hücumu olduğunu bildirib. Açıqlamada kilsəyə girməyə çalışan 2 motosikletli şəxsin birinin üzərindəki bombanın yerli vaxtla saat 10:28-də partladığı qeyd edilib.
Hücumun məsuliyyətini hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.