Kilsə aktyora qızı ilə görüşməyi qadağan edib

0
534

Əlli yeddi yaşlı Hollivud ulduzu Tom Kruz qızı Surini sonuncu dəfə altı il əvvəl görüb.

Həmin ərəfədə dünyaşöhrətli aktyorun həyat yoldaşı Katie Holmes boşanmaq üçün yenicə ərizə vermişdi.

Lakin keçmiş sayentoloq (sayentologiya təlimdir, təlimin məqsədi Sayentologiya kilsəsini tanıtmaq və bu təriqəti dünyada yaymaqdır) Samanta Dominqo əmindir: Sayentologiya Kilsəsi (Tom Kruz onun ən məşhur üzvlərindəndir) aktyorun qızı ilə görüşünü gözdən pərdə asmaq üçün təşkil edib. Əslində isə aktyorun bu təriqətdən olmayan qızı ilə ünsiyyəti qadağandır.

Samanta “US Weekly” nəşrinə açıqlamasında kilsənin qaydalarından da danışıb. O bildirib: “Çox güman ki, kilsə bu görüşü yayılan dedi-qoduları kəsmək və tənqidlərdən can qurtarmaq üçün təşkil edib”.

Onun sözlərinə görə, sayentoloqlar reynkarnasiyaya inanırlar, buna görə də onların yanaşmasına görə, Suri – Tomın qızı deyil, onun qızının cismindəki ruhdur.

Kilsə nümayəndələri Dominqonun açıqlamalarını təkzib ediblər. Onlar iddia edirlər ki, Kruzun qızı Suri ilə görüşüb-görüşməməsi onun şəxsi istəyinə və qərarına bağldır. Kilsə bu məsələdə heç kimə heç nəyi qadağan etmir.

Maraqlıdır ki, aktyor keçmiş həyat yoldaşı məşhur aktrisa Nicole Kidmanla evliliyindən olan qızı – 26 yaşlı İzabella və oğlu – 24 yaşlı Konnorla mütəmadi görüşür. Tomun bu övladlarının ikisi də sayentoloqdur.