CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu korrupsiya ittihamı ilə həbs olunan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu Silivri həbsxanasında ziyarət edib.
O, ziyarətdən sonra həbsxana qarşısında jurnalistlərə açıqlama verib. Kılıçdaroğlu İmamoğlunun əhval-ruhiyyəsinin çox yaxşı olduğunu bildirib.
Gələn həftə də Silivri həbsxanasına gələcəyini söyləyən Kılıçdaroğlu Əkrəmlə yanaşı, başqalarına da baş çəkəcəyəni deyib.