Kardioloq baş ağrılarının gizli səbəbini açdı

0
164

Baş ağrıları bağırsaqlardakı disbalansın əlamətlərindən biri ola bilər.

Bu sözləri inteqrativ kardioloq, tibb elmləri doktoru Olqa Bokeriya deyib.

“Bağırsaqlar və mədə-bağırsaq traktının digər orqanları bədənimizdəki demək olar ki, bütün sistem və orqanlarla bağlıdır. Bu o deməkdir ki, mədə-bağırsaq sistemimizə münasibətimiz hər şeyə əhəmiyyətli dərəcədə təsir göstərir” , – həkim teleqram kanalında yazıb.

Həkimin sözlərinə görə, əhval dəyişikliyi, yorğunluq və depressiya bağırsaqda disbalansın digər əlamətləridir. Simptomlara, həmçinin şişkinlik, immunitetin zəifləməsi, dəri problemləri və qida allergiyası daxildir. Həkim qeyd edib ki, hətta sağlam bağırsaq da yeni qidalara reaksiya verə və həzm prosesini çətinləşdirə bilər. Pəhriz seçərkən bədənin müəyyən bir qidaya necə reaksiya verdiyini təhlil etmək lazımdır. Kardioloq buna görə yemək gündəliyi tutmağı məsləhət görüb.

“Gündəliyə nə yediyinizi, içdiyinizi, miqdarını, yemək vaxtını, yediyiniz vaxt hansı əhval-ruhiyyədə olduğunuzu, düşüncələrinizi yazın. Həmçinin bu yeməkdən sonrakı rifahınızı qeyd edin. İnanın, bu dəftər sayəsində özünüz haqqında çox şey öyrənəcəksiniz”, – həkim vurğulayıb.