Karantinin yumşaldılmasından sonra polis postları ləğv olunur? – AÇIQLAMA

0
372

Azərbaycan ərazisində quraşdırılan polis postlarının ləğvi Daxili İşlər Nazirliyindən asılıdır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, karantin rejimi tam ləğv olunmayıb:

“Karantin rejiminin müəyyən qaydaları var və onlara əməl edilməlidir. Bu, texniki və Daxili İşlər Nazirliyinin özünün həll edəcəyi məsələdir”.