Karantində olan kruiz gəmisindəki yaşlılar və xəstələr təxliyyə olunur

0
541

Bu barədə “Asahi” telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, koronavirus səbəbi ilə karantinə alınan “Diamond Princess” gəmisindən xroniki xəstəlikləri olan şəxslər və yaşlılar çıxarılır.

Qeyd edilir ki, Yaponiyada 161 nəfər koronavirusa yoluxub. O cümlədən, Yokohama limanına gəldiyi zaman 3700 nəfərin olduğu “Diamond Princess” kruiz gəmisinin 135 sərnişini və ekipaj üzvündə virus olduğu təsdiqlənib. Yaponiya Xarici İşlər Nazirliyi fevralın 10-da gəmidəki 1850 sərnişinin dərman üçün tibb işçilərinə müraciət etdiyini bildirib. Gəminin sərnişinlərinin yarısından çoxu 70 yaşdan yuxarı insanlardır.

Ümumilikdə, gəmidə olan 135 nəfər yeni koronavirusa yoluxub. Gəmidə karantin fevralın 19-dək davam edəcək.