Karantində olan insanlara robotlar xidmət edir – Fotolar

0
415

Karantində olan insanlara robotlar xidmət edir

Çinin Hanqzhou şəhərində koronavirusa yoluxduqları ehtimal edilən insanların karantində saxlanıldığı oteldə robotlar fəaliyyətə başlayıb.

Xüsusilə insanlara qida paylamaq üçün “Balacaq fıstıq” adlı robotun xidmətindən isitfadə olunur.

Robot qida məhsullarını paylayarkən “Hamıya salam. Sevimli Balaca Fıstıq yeməklərini paylayır. Nuş olsun. Nəyəsə ehtiyacınız olarsa, xahiş edirik işçilərə WeChat vasitəsilə ismarıc yollayın” sözlərini deyir.

Qeyd edək ki, robotların işlədiyi 16 mərtəbəli oteldə hazırda 300 nəfər karantin altındadır.