Dünyanın bəlasına çevrilən koronavirusla bağlı sosial şəbəkələrdə maraqlı bir görüntü yayılıb.
İtaliyanın paytaxtı Romada pandemiya səbəbindən şəhərin karantinə alınmasına görə evlərindən bayıra çıxmayan əhali maraqlı addım atıb.
Mənzillərinin eyvanına çıxan camaat italyan dilində mahnı oynayaraq rəqs edib. Onlar bu üsulla neqativlik yaratmaq istədiklərini bildiriblər.
Qeyd edək ki, koronavirus İtaliyada 1266 nəfərin həyatına son qoyub. Yoluxanların sayı isə 17660-a çatıb.