Karantin qaydalarını pozan daha 639 sürücü cərimələndi

0
288

Karantin rejiminin pozulmasına görə, mayın 13-dən 14-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 639 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 53 219 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.