Kanadadan TARİXİ REKORD: ildə 500 min immiqrant qəbul edəcək

0
161

Kanada hökuməti 2025-ci ilə qədər hər il 1,5 milyon yeni daimi sakin qəbul etməklə iqtisadi immiqrasiyanın illik səviyyəsini artırmağı planlaşdırır ki, bu da tarixi rekord olacaq.

Immiqrasiya departamentinin açıqlamasına əsasən, 2021-ci ildə ölkə 405 mindən çox immiqrant qəbul edib. Qırx milyona yaxın əhalisi olan ölkə səhiyyə, istehsalat, hətta texnologiya və mühəndislik sahələrində və ya STEM (elm, texnologiyalar, mühəndislik və riyaziyyat) kimi mühüm istiqamətdə, xüsusilə işçi qüvvəsinin çatışmazlığı problemini aradan qaldırmağa çalışır. Hədəf sektorları ilk növbədə tikinti və kənd təsərrüfatı, eləcə də səhiyyədir.

Bu günlərdə Kanadanın immiqrasiya, qaçqınlar və vətəndaşlıq naziri Şon Freyzer Ontarioda keçirilən mətbuat konfransında bu layihənin əsas istiqamətlərini açıqlayıb. Federal plan 2023-cü ildə 465 min olmaqla 2025-ci ilə qədər 1,5 milyona qədər immiqrantın qəbul edilməsini nəzərdə tutur. Lakin bu proses zamanı peşəkarlıq və ya iş təcrübəsi əsasında iqtisadi immiqrasiyaya üstünlük veriləcək.

“Bu yeni hədd göstəriciləri (ildə 500 min) Kanadanın iqtisadi çiçəklənməsinin təmin edilməsi üçün lazımdır. Ölkədə işçi qüvvəsinin çatışmazlığı ilə mübarizə aparır, çünki milyona yaxın iş yeri vakant qalır”, – deyə immiqrasiya naziri bildirib.

Digər tərəfdən, hökumət ölkəyə qəbul edilən yeni qaçqınların sayının azaldılmasını və ailəsinə qovuşmaq istəyən qaçqınların sayının orta səviyyədə artmasını proqnozlaşdırır