Kamran Əliyevdən yeni TƏYİNATLAR

0
608

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Qarabağ hərbi prokuroru Şükürov Fərid Əli oğlu tutduğu vəzifədən azad edilərək, Bakı şəhər hərbi prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər əmri ilə Fərid Şükürovun yerinə isə Qarabağ hərbi prokuror vəzifəsinə Surxay Hüseynov təyin edilib.

Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.