Baş Prokurorluqda kadr islahatı olub.
Bildirilib ki, baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru vəzifəsinə təyin edilib.
Baş prokurorun digər əmri ilə Tural Aslanov Baş Prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Eyni zamanda, Baş Prokuorluğun Maddi Texniki, Təminat şöbəsinin rəisi vəzifəsinə isə Rövşən Abdullayev təyin olunub.