“Mənim mühüm vəzifəyə təyin olunmağımla bağlı Azərbaycan rəhbərliyinə – cənab Prezidentə təşəkkür edirəm”.
Bunu Milli Məclisin iclasında parlamentin Baş Prokuror vəzifəsinə təyin edilməsinə razılıq verdiyi Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, Baş Prokurorluq bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq.
“Baş Prokurorluq cinayətkarlığa qarşı mübarizəni gücləndirəcək, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində fəaliyyətini daha da genişləndirəcək”, – deyə K.Əliyev əlavə edib.