Baş prokurora yeni köməkçi təyin olunub.
Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Saleh Hacıyev baş prokurorun köməkçisi təyin edilib.
Təyinatla bağlı məlumatı Baş Prokurorluqdan təsdiq ediblər.
Qeyd edək ki, bu barədə ilk xəbəri sabah.az saytı yayıb.