Kamran Əliyev: “Müharibənin əsasları və qaydaları var, Ermənistan bu prinsipləri kobud şəkildə pozur”

0
431

Müharibənin əsasları və qaydaları var, Ermənistan bu prinsipləri kobud şəkildə pozur.Bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, müharibə hərbi qüvvə ilə aparılmalıdır:

“Ermənistan mülki əhalini atəşə tutmağı dayandırmalıdır. Ermənilər ətraf rayon və şəhərlərdə dinc sakinlərə hücumu dayandırmalıdırlar. Biz bunu tələb edirik. Bu birbaşa beynəlxalq konvensiyalar və müharibə qanunlarının kobud şəkildə pozulmasıdır”.