Kamran Əliyev: “90-cı illərdən qalan işlərə baxıldı və arxivi təmizlədik”

0
278

“Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən 2021-ci ildə 31 iş başlanılıb. 2020-ci ildə bu rəqəm 57, 2019-cu ildə isə 9 olub”.

Bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.

K.Əliyevin sözlərinə görə, 2020-ci ildə başlanılan cinayət işləri xüsusilə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı olub:

“Məhkəməyə göndərilən işlərin sayı 2021-ci ildə 62 olub. Bu rəqəm 2020-ci il üzrə 53 olub. Burada da kifayət qədər müsbət tendensiya müşahidə edilir. 2021-ci il üzrə İstintaq İdarəsi tərəfindən xitam verilən işlərin sayı 32 olub. 2020-ci ildə isə bu rəqəm 70 olub. Bunun səbəblərini təhlil etdik, belə ki 90-cı illərdən qalan işlərə baxıldı və sözün yaxşı mənasında arxivi təmizlədik. İdarə tərəfindən dayandırılmış işlərin sayı 130 olub. Bu rəqəm 2020-ci il ilə müqayisədə iki dəfə çoxdur. Bu da Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı, Ermənistan vətəndaşlarının axtarışları ilə bağlıdır. Təbii ki, bu zaman bütün istintaq hərəkətləri həyata keçirildi və işlər dayandırıldı”.