Tanınmış fitnes məşqçisi Kamil Zeynallı polislərin gözü qarşısında dava edib.
O, yolda avtomobilindən düşərək, bir nəfərə yumruq zərbələri endirib.
Bu zaman o, həmin şəxsə qarşı qeyri-etik ifadələr səsləndirib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, görüntülərin harada və nə zaman qeydə alındığı araşdırılır.