Kamil insan modeli

0
142

Ünsiyyətdəki keyfiyyət insanlıgın dərəcəsini göstərir. İnsan ünsiyyətdə digər canlılardan fərqlənir.İnsan və ünsiyyət eyni kökdəndir.İnsanlar öz aralarında qurduqları münasibıtlər dərəcəsinə görə fərqli ifadə edilir. Bu mübasibətlər qardaş, yoldaş,dost, müellim, sevgili və .s özünəməxsusluq qazanır.Bütün munasibətlər də sevgi önəmlidir.
Məsələn dostu götürək. İnsan dost olmagı bacarmalıdır. Dost olmagı bacaran insan dost secməyi də yaxşı bilər. Dost , sənin olmadıgın yerdə sən olandır.
Dostluq iki vücudda bir ürək kimidir. Dost siz gülə bilmədikdə sizdən gülüş qopara biləndir. Qorxacagınız məqamda sizi cəsarətləndirəndir.Dost hekayələrinizə sizdən daha yaxşı bələd olandır. Dost , sizinlə daha çox vaxt keçirmək üçün yanınızda qalandlr, xoş görünmək və yaxud başınıza gələcəklərdən qorxdugu üçün deyil.
İnsan xəta edəndir və qüsuru mütləq görünür. Bəziləri xətrinizə dəyməmək, qəlbinizi qırnamaq üçün qüsur və xətalarınızı söyləməkdən çəkinər. Ancaq yaxsı dost düz sözü, acı da olsa üzə deyər.Çünki dostluqda könül qırmaq, inciklik olmaz Təbii ki, əsl dost da söylənən xətanı könül xoşlugu ilə qəbul edəndir.Dostun söylədiyi acı olsa da kölnünü xoş etməlidir.
Qəlblərdən süzülən məhəbbət ,dostluga gedən yol sevgidən keçir. Sevilən hər insan gözəldir.
Hətta ölüm də sevilərsə, gözəl və sevimli olar.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarınin Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri