Kadırov seçkilərdə ağlasığmaz üstünlük əldə edib

0
371

Rusiyada Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırov (protokolların 65,41 %-i işləndikdən sonra) 99,66 % səs yığıb.

“Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət Uğrunda” partiyasının bir qolu tərəfindən irəli sürülən İsa Hacımuradovun 0,17 %, KPRF namizədi Xalid Nakayev isə 0,13 % səsi var.

Qalib gəlmək üçün qubernator namizədi azı 50 % üstəgəl bir səs toplamalıdır.

Sentyabrın 17-dən 19-dək Çeçenistan Respublikasında bölgə başçısı, Dövlət Dumasının deputatları, beşinci çağırış respublika parlamentinin deputatları və bələdiyyələrin nümayəndəlik orqanlarının deputatları üçün seçkilər keçirilib.