Kadırov: “Prezidentə dedim ki, sizinlə danışanda farağatda dayanıram”

0
810
5533917 15.06.2018 15 июня 2018. Президент РФ Владимир Путин и глава Чеченской Республики Рамзан Кадыров (справа) во время встречи. Алексей Дружинин / РИА Новости

 

Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putin tərəfindən general-mayor rütbəsinə layiq görülməsi zamanı keçirdiyi hisslər barədə danışıb.

Onun sözlərinə görə, prezidentin zəngini öyrənəndə qaçaraq telefona yaxınlaşıb və farağatda dayanıb.

“Prezident: Salam. Oturmusan?”. Mən deyirəm: “Vladimir Vladimiroviç, sizinlə danışanda farağatda dayanıram. O deyir: “Bunun üçün səbəb var”. Fərmanı oxudu və təbrik etdi”, – deyə R.Kadırov bildirib.

O, bu rütbənin sadəcə hərbi deyil, qeyri-adi bir rütbə olduğunu vurğulayıb:

“Ali Baş komandan özü deyir ki, fərman imzalayıb və təbrik edir… Sadəcə, prezident deyil, dahi insan, müdrik siyasətçi, dünyada ən nüfuzlu şəxsdir”.