Kərə yağı adı altında satılan bitki yağının satışının qarşısını alındı

0
619

Bərdə rayonunun Güloğlular kəndində “Təzə Bazar” ərazisində “VAZ-2115” markalı minik avtomobilinin yük yerinə baxış zamanı baytarlıq ekspertizasından keçməmiş, orqanoleptik göstəricilərinə görə texniki normativ-hüquqi aktların tələblərinə uyğun olmayan, ümumi çəkisi 260 kiloqram olan kərə yağı (nehrə yağı) adı altında bitki yağının satışının həyata keçirildiyi aşkarlanıb. Reyd zamanı yağın fiziki şəxs Babayeva Gülxatın Əli qızına məxsus olduğu müəyyən edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsuldan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Analizin nəticələrinə görə, məhsulun bitki mənşəli yağ olduğu və mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.

Qanunvericiliyin tələbləri çərçivəsində ümumi çəkisi 260 kiloqram olan yağ məhv edilib.