Kəndlilər aclıq aksiyasına başladı

0
437

Hindistanda yeni kənd təsərrüfatı qanunlarına etiraz edən kəndlilər və təsərrüfat sahibləri aclıq aksiyasına başlayıblar.Kəndlilər və kiçik təsərrüfat sahibləri bununla da baş nazir Narendra Modi hökumətinə etirazlarını bildirirlər.

Sentyabr ayından başlayan etirazların bu gündən etibarən aclıq aksiyaları ilə əvəzlənəcəyi qeyd olunub. Etirazçılar yeni qanunların onları torpaqsız qoyacağını iddia edirlər. Aclıq aksiyası zamanı polislə etirazçılar arasında toqquşmaların da yaşandığı yayılan məlumatlar arasındadır.