“Kəndlərin problemlərinin həllinə əlavə vəsait ayrılsın”

0
450

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deputat Əli Məsimli belə təkliflə çıxış edib.
Əli Məsimli öz çıxışında bildirib ki, 2019-cu ildə kölgə iqtisadiyytaının mümkün olan sahələrinin bir hissəsini vergiyə cəlb etmək yolu ilə vergi və gömrük xəttii ilə büdcəyə 1 milyard manatdan artıq əlavə vəsait daxil olub.Büdcəyə daxil olan həmin əlavə vəsaitlər və digər ehtiyatlar hedabına ötən il çox  iri sosial layihələr həyat keçirilib. 2020-ci  ilin dövlət büdcəsinə də bu ilin birinci rübündə 300 milyon mabnatdan artıq, 5 ay ərzində isə 500 milyon manat əlavə vəsair daxil olub.Deputat bu qənaətdədir ki,kölgə iqtisadiyyatnın daraldılması işinin davam etdirilmsi;korrupsiya və monopoliyaya qarşı mübarizənin dairəsinin genişləndirilməsi,güclüəndirilməsi və ona sistemli xarakter verilməsi; maliyyə aministiyası, kapitala aministiya verilməsi; sahibkarlığın qarısında duran maneələrin aradan qaldırılması və sair bu kimi vasitələrdən səmərəli istifadə etməklə 2020-ci ilin büdcəsinə 2019-cu ildəkindən xeyli çox əlavə vəsait  cəlb etmək olar.
Əli Məsimli xüsusi vurulayıb ki,yaşadığımız mərhələ daha çox çevik olmağı, operativ qərarlar qəbul edilməsinin dairəsinin genişləndirilməsini və yığılıb qalmış problemlərin həlinin sürətləndirilməsini tələb edir. Bu baxımda deputat bu il indiyəcən büdcəyə daxil olan və yenə də daxil olması gözlənilən əlavə maliyyə vəsaiti və büdcə ehtiyatları hesabına yerlərdə yığılıb qalmış problemlərin həllinin  sürətləndirilməsini təklif edib.Deputat bildirib ki, 2019-cu ildə  dövlət büdcəsindən  “Azərsu”  ASC-yə ayrılan 395 milyonluq vəsaitin cəmi 4 milyon manatı,yəni 1 faizinə bərabər çox simvolik bir hissəsi kəndlərin su təchiatı məsələlərinə yönəldilib. Deputat Şəki kəndlərnini timsalında deyib ki, həm içməli suya olan təlabatının qarşılanması,həm də  ehtiyac   duyulan bütün yerlərdə su təchizatı məsələsinin həllinin sürətləndirilməsi çox ciddi məsələdir. Bu problemin həlli ümumiyytlə kəndlərdə həyatın canlandırılması, iqtisadi fəallığın və məhsuldarlığın artırılması üçün çox vacib şərtdir.
Deputat sonra bildirib ki, Şəki rayonunda su ilə bağlı problemlərlə yanaşı,həllini gözləyən digər problümlər də var.Həllinin sürətləndirilməsini gözləyən digər bir ciddi məsələ də  2015-16-cı illərdə baş vermiş zəlzələ və digər təbiət hadiələri nəticəsində insanların yaşadıqları mənzillərə dəymiş ziyanın aradan qaldırılmasına yardımın göstərilməməsi ilə bağlıdır. Bundan ötrü aidiyyatı  qurumlara ünvanlı əlavə vəsatin  verilməsi və problemin ləngitmədən çözülməsi çox vacibdir. Əli Məsimli  sonra bildirib ki, məktəblərdə dərslərin ertələnməsi vaxtından səmərəli istifadəe edib, həmin vaxtın qəzalı və çox pis  vəziyyətdə olan məktəb və uşaq  bağçaların təmiri,yenilərinin tikintisi istiqamətində  işləri  sürətləndirmək lazımdır.