Təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində kənd şəhərdən bir çox cəhətlərə görə fərqlənir. Buna misal kimi insanların yaşayış tərzi, geyimi, həyata baxışı və digər amilləri göstərmək olar.
Son illər elm və texnologiyanın inkişafı nəticəsində bu fərq aradan qalxmaqdadır. Xüsusən, gənclər harada yaşamasından asılı olmayaraq, müasirliyə can atır, dövrün tələbləri ilə ayaqlaşmağa çalışırlar. Yaşlı nəslin nümayəndələri isə daha çox mühafizəkar olurlar.
Təqdim etdiyimiz görüntülər bir çox məqamlarda kəndlə şəhər arasındakı fərqi əks etdirir.