Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi “Nissan Pathfaender” markalı avtomobili dərəyə aşırıb, hadisə yerindəcə həyatını itirib. Onun hərbiçi olduğu deyilir.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma başlanılıb.