
Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.
Faktla bağlı araşdırma aparılır.