Kəlbəcərə və Zəngilana gedib-gələn yollar açıldı! –Bizim üçün yox….

0
464

30 ilə yaxındır ki, biz Minsk Qrupunun, ABŞ-ın, AŞ-ın, Kremlin göstərdiyi sülh yolu ilə gedirik, hələ bir kəndimizə də  çata bilməmişik…

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda sülənən ermənilər arasında koronavirusa yoluxmuş ermənilər sağaldığından  və digərlərinin yolxuma ehtimalı azaldığından Xankəndidəki separatçı-terrorçu rejim bölgədəki karantini ləğv edərək rayona gediş-gəliş yollarını açıb.
Ermənistanla “Kovsakan” adlandırılmış Zəngilan rayonu arasındakı  karantin postu da götürülüb və rayona giriş-çıxışa icazə verilib.
P.S.  30 ilə yaxındır ki, biz BMT-nin, ATƏT-in Minsk Qrupunun, ABŞ-ın, AŞ-ın, Kremlin göstərdiyi sülh yolu ilə gedirik, hələ bir kəndimizə də gedib çıxa bilməmişik… Amma neftimiz-qazımız, milyardlarla pullarımız dünyanın yollarını fır-fır fırlanır…