Qəlbimizin ən uzaq köşəsində yer almış sızıntıların közərtisi illər keçdikcə sönmür, əksinə hər zaman yenidən alovlanmaq təhlükəsini yaşadır.
Həyatımızda olan xoşbəxt, dəyərli anların, dəqiqələrin, saatların, günlərin sevincinə kədər qatan bu yaşantılar ömür məfhumunun reallığıdır.
Bu reallığın yaşantısı pessimist və optimist insanlar arasında fərqli duruma malik olsa da təsirsiz ötüşmür.
Qəlbimizə, həyatımıza hakim olmaq təhlükəsi yaradan bu sızıntılar ümumi və fərdi səbəbləri var. Şəhidlərimizin taleyi ümumxalq itkisi, fəxri olmaqla yanaşı, onların yaxınları üçün ömürlük dərddir.
Bu həyatda yaxınları itirməklə yanaşı, taleyini istədiyi kimi qura bilməyənlər də böyük sıxıntı yaşayırlar.
Bu həyatda varlı və kasıb, sağlam və şikəst, bilikli və biliksiz, xoşbəxt və bədbəxt insanlar birgə yaşayır.
Bu yaşantı ömür məfhumuna da fərqli baxışların yaranmasına səbəb olur.
Fərqli fərdlərin ümumi baxışları da ola bilər. Həyatımızn analizi ilə məşğul olanlar belə ümumi fikir yürütməklə
çətinlik çəkirlər.
Yazarlarımız insanların hər halının dəyərli izahını və statistikasını yaradırlar.
Dini məfhumlar isə hər haqqımıza şükür etməyi və səbr etməyi tövsiyə edirlər.
İnsanların hər halını nəzərə alsaq da, dini baxışların xoşbəxtliyin açarı olduğunu da unutmamalıyıq. Hər birimizin inamı isə həyatımızın açarıdır.
Sənubər