Bu gün MEDİA İnkişafı Agentliyinin təşkilatçılığı ilə bir qrup jurnalist və müvafiq qurumlarım Füzuli rayonuna səfəri başlayıb.
Səfər çərçivəsində jurnalistlər Aşağı Köndələnçay su anbarı, yeni tikilən “Füzuli” yarımstansiyası, Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə və Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olacaqlar.
Səfərdə AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin nümayəndələri də iştirak edirlər.