Jurnalist Hidayət Elvüsalın 70 illik yubileyi münasibətilə tədbir keçirildi- FOTO

0
1181
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-jurnalist Hidayət Elvüsalın 70 illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Təntənəli mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açdı, yubilyarın həyat və yaradıcılığından danışdı. Hidayət Elvüsala Azərbaycan Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi təqdim olundu. Mərasim iştirakçılarından Məzahir Süleymanzadə, İsrafil Qurbanov, Şakir Yaqubov, Həbib Misirov, Hacı Mehman, Rəhim Hüseynzadə, Fazil Güney, Maral Poladova, Akif Cabbarlı, Əlipənah Bayramov, Rizvan Hilaloğlu, Rafiq Hacıyev, Sənubər Əkbərova, Allahverdi Eminov, Tahir Aydınoğlu və başqaları çıxış etdilər. Həm də bəstəkar kimi tanınan Hidayət Elvüsalın Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən buraxılan “Kəlbəcər” adlı mahnılar toplusunun da təqdimatı oldu. Yubilyar Hidayət Elvüsal çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına minnətdarlığını bildirdi.