Polşanın Qlivitse şəhərində keçirilən “Junior Eurovision-2019” beynəlxalq mahnı yarışmasının qalibi yerli təmsilçi Viktoriya Qabor olub.
“Superhero” mahnısı ilə səhnədə uğurlu çıxış edən Viktoriya rəqiblərini kölgədə qoyaraq 278 xalla müsabiqənin birincisi olub.
İkinci yeri Qazaxıstan, üçüncü yerə isə İspaniya layiq görülüb.
İştirakçılara gələn səslər peşəkar münsiflər heyəti tərəfindən və yarışmanın rəsmi saytında keçirilən tamaşaçı səsverməsinin əsasında toplanıb.
“Junior Evrovision” digər “Eurovision”dan fərqli olaraq tamaşaçıların öz ölkələrinə də səs vermək imkanına malik olması ilə fərqlənir.
Qeyd edək ki, Azərbaycan bu il keçirilən “Junior Eurovision”dan imtina edib.
Ötənilki yarışmanın qalibi də Polşa təmsilçisi olmuşdu. “Anyone I Want to Be” bəstəsi Roksana Venqelə 215 xal gətirib. Nəticədə ifaçı rəqiblərini geridə qoyaraq yarışmanın birincisi olub.