Jerar Depardye: Azərbaycana heyranam

0
424

Azərbaycan böyük ölkədir və sizin böyük ürəyiniz var.

Bu sözləri məşhur fransız aktyoru Jerar Depardye “Nərgiz” jurnalına açıqlamasında bildirib.

Aktyor Azərbaycana səfərindən bəhs edib və bildirib ki, bu ölkənin mədəniyyətinə, gözəlliyinə heyrandır:

“Mən bu gözəl ölkəni – Azərbaycanı yenidən ziyarət etdiyim üçün çox xoşbəxtəm. Azərbaycan böyük ölkədir və sizin böyük ürəyiniz var! Çox sağ olun!”

Xatırladaq ki, məşhur fransız aktyoru Jerar Depardye 2011-2012-ci illərdə Azərbaycanda səfərdə olub.