Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Gültəkin Şirinova (50 kq) ilk görüşdə Qırğızıstan güləşçisiylə qarşılaşıb. Qarşılaşma dramatik alınıb. Son saniyələrdə üç xal geridə olan həmyerlimiz beş xallıq fəndi uğurla icra edərək “tuşe” ilə qələbə qazanıb. Ona qədər isə görüş 19:17 idmançımızın xeyrinə olub. Ancaq 1/4 finalda o, hindistanlı rəqibiylə bacarmayıb – 8:18.
Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (59 kq) Polşa təmsilçisinə 2:0 qalib gələrək yarımfinala yüksəlib. Onun 1/2 finaldakı rəqibi Anastasiya Sidelnikova (Rusiya) olacaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.
Qeyd edək ki, dünən üç sərbəst güləşçimiz finalda uduzaraq gümüş medalla kifayətlənib.