İzzət Bağırov: “Yardım edən də, söyülən də müğənnilərdir” – VİDEO

0
418

Müğənni İzzət Bağırov ARB TV-də yayımlanan “Söhbət var” şousunda müzakirələrə səbəb olacaq açıqlamalar verib.

O, müğənnilərin ünvanına söylənilən “Xalqın puluna adam olmusunuz” sözlərindən qəzəbləndiyini deyib:

“Biz toyda ifa edirik. Oxuduğumuza görə pul alırıq. 2020-ci il başlayandan yanvar-fevral aylarına hər müğənniyə bir-iki toy düşdü. Toylar ümumiyyətlə, az oldu. Mart ayında isə karantin rejimi tətbiq olundu. Biz müğənnilər hələ də işləmirik. Mayın 24-nə kimi Ramazan ayıdır. Ramazan ayı bitəndən sonra şadlıq sarayları açılsa, toylar başlasa, biz də işləyəcəyik.

Müğənniləri çox qınayırlar. Bu iki ay ərzində müğənnilər insanlara dəstək olublar. Amma söyülən də, təhqir olunan da müğənnilərdir. Kim əsəbiləşirsə, sosial şəbəkədə müğənnini təhqir edir, acığını müğənnidən çıxır. Bir də görürsən ki, beş minə yaxın yardım SMS-i gəlir. Amma sən o qədər insana yardım edə bilmirsən. Çünki o qədər imkanın, gücün yoxdur. Yüz nəfərə kömək etmək olar. Kiməsə yardım çatmayanda isə səni söyməyə başlayır”.