İyun ayına şadlıq evlərində boş yer yoxdur

0
461

Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar martın 15-dən etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilmir.

Bu durğunluq Ramazan ayının başlaması səbəbindən hələ mayın sonuna qədər davam edəcək.Restoran sahibləri Baku TV-yə açıqlamalarında bildiriblər ki, Ramazan may ayına təsadüf etdiyi üçün toylarda aktivlik gözlənilmir.

Eyni zamanda, karantinlə əlaqədar təxirə salınan toylar növbəti aylara keçirilib. Mayın sonundan etibarən şadlıq evlərində, demək olar ki, bütün günlərə sifarişlər qəbul edilib.

Qiymətlərə gəldikdə, hələlik nə azalma, nə də artım nəzərdə tutulmur. Məbləğ ənənəvi qaydada, menyulara uyğun və adam sayına görə müəyyənləşdirilir.