Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün respublika üzrə iyul ayının bütün pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb. Həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə iyul ayının pensiyaları ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb. Onlar istənilən bankın bankomatlarından öz pensiyalarını ala bilərlər və bu zaman hər hansı faiz tutulmur.