İxrac missiyası Qətərə gedəcək

0
788

“Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının ixracın genişlənməsi məqsədi ilə növbəti ixrac missiyası 12-16 aprel tarixlərində  Qətərin Doha şəhərinə təşkil olunacaq.

Ixrac missiyasına qida, tekstil, turizm və tikinti məhsullarının istehsalı sahəsində  fəaliyyət göstərən 25 Azərbaycan şirkəti daxildir.

Səfər çərçivəsində ixraca dair müzakirələr aparılacaq, Azərbaycan şirkətləri Qətərin iri market şəbəkələri ilə tanış olacaqlar.